17 Mayıs 2015 Pazar

Ay Mədət Coşqun





Ölüm də bizə ağladı,
Sevinc alıb dərd saxladı,
Yaşamağı yasaqladı,
Ay Mədət Coşqun.

Yazı birdən qış eylədi,
Alqış yox, qarğış eylədi,
Gözləri yağış eylədi,
Ay Mədət Coşqun.

İndi qupquruca ləkik,
Ölüm kimi üzü bərkik...
Ayrı ayrılıqda təkik,
Ay Mədət Coşqun.

Dostluğumda sına məni,
Şeirinlə qına məni,
Qəbul et şəriknaməni,
Ay Mədət Coşqun,
Vay Mədət Coşqun.

Giya Paçxataşvili
06.05.2015.

Hiç yorum yok:

Yorum Gönder