16 Mayıs 2015 Cumartesi

Neynim?




Neynim?

Baş daşın qalıb həyətdə,
Yas tutur indi həyət də,
Həyət küsübdür həyatdan,
Neynim?

Başım sənin baş daşındır,
Baş daşına qardaşındır,
Məzar həyat yoldaşımdır,
Neynim?

Heyf, gec-gec baş çəkirəm,
Dərd əkirəm, dərd çəkirəm,
Sonra siqaret çəkirəm,
Neynim?

Giya Paçxataşvili
 15.05.2015.

Hiç yorum yok:

Yorum Gönder