21 Ekim 2014 Salı

Tut ağacı

Can yoldaşım Lamara həyatı,
Sən isə həyəti tərk etdin…
Yaz öncəsi qollu budaqların
Qanad kimi gərilərdi.
Lamaranı görcək
Yarpaq yarpaq gülərdin,
Onu özünə həmdəm bilərdin…
Tut ağacı mən sən ola bilmədin
Sənin altında klim sərilərdi,
Üstsnə bəhməz-bəhməz
dənələr səpilərdi.
Lamaranın əlində dərmana çevrilərdi,
Sən onu özünə həmdəm bilərdin
Tut ağacı mən sən ola bilmədin
Vaxtı vaxtında səni belləyərdi,
Üstünə qayğı nəvaziş eləyərdi,
Sənə məhəbbət bəsləyərdi
Lamara uzaqlaşanda
budağınla ona əl eləyərdin…
Tut ağacı mən sən ola bilmədin
---------------------------------------------
--------------------------
Lamara yatağa düşəli
nəvazişdən kəsildin,
Xərçəng –xərçəng əzildin.
Daha dərilmədi budaqların,
Şeyrək oldu yarpaqların,
Şirin tamını itirdi barın,
Dərdini mənə deyərdin barı…
Tut ağacı mən sən ola bilmədin
Bu yaz bol –bol çiçək açmışdın,
Ətrafa işıq saçmışdın,
Yam -yaşıl dona bürünmüşdün,
Lamaraya həyət heykəli kimi
Görünmüşdün:
Hər ikisi yamanca sevinmişdi…
Tut ağacı mən sən ola bilmədin
… Elə ki Lamara gözlərini yumdu,
Və paxsa öncəsi cənnətə cumdu,
Səni əsməcə tutdu…
Çiçəklərini yerə çırpıb,
budaqlarını qurutdun
Ürəyini kölgədə qoyub
Allahını unutdun…
Bu dərd səni də uddu:
Tut ağacı mən sən ola bilmədin
Gördüm ki, Lamarasız həyat puçdu,
Ruh olub, onun ruhuna qoşulub
həyətdən uçdun…
Mənə göz dağı kimi
Quruca ağacı qoydun,
Beləcə içimi oydun…
Tut ağacı mən sən ola bilmədin
Ruha dönməyi mənə öyrətsənə,
Bir savab iş etsənə.
… Eh nə deyim ki sənə
-Tut ağacı mən sən ola bilmədin,
Tut ağacı mən sən ola bilmədin.
G.Paçxataşvili