(Vaqonda ürəyi sıxılmış bir qadına)
Metro - o dünyamızın,
Yeraltı həyatımızın maketi...
Yalnız Əzrayılın girə biləcəyi
İnsan nəfslərinin,
nəfəslərinin
supermarketi...
Giya
Paçxataşvili
01.04.2015
“Ana” bətnindən çıxıb
Bir körpə meyidi
Uyuyur zibil qutusunda...
Vicdan əzabı çəkir
Zibil
qutusu da.
...Onun dəmir yanağına
Yağış damlaları,
yaş qonur.
Bu açıq “tabutda”
Çağayla birgə
“Ana”nın həyası,
namusu donur...
Zibil qutusu lal fəryadını
Çağanı görənlkərlə bölür.
Beləcə
Onu atan ananın
Yaşaya-yaşaya ruhu ölür...
İblislərə nə ad verək?
Onların olmaması üçün
Daşqaklaq cəzası gərək!
Giya
Paçxataşvili
02.04.2015.