10 Nisan 2015 Cuma

Sevgilim



Qasırğa ol, əs dedin,
Qəm tapdala,əz dedin,
Nurlu sabah gəz dedin -
Bacarmıram, sevgilim.

Götür meydən süz, dedin,
Əlli deyil, yüz dedin,
Yaddaşından küs dedin -
Bacarmıram, sevgilim.

Dünyaya şahmat dedin,
Ölümə həyat dedin,
Bəxtimə zər at dedin -
Bacarmıram, sevgilim.

Ağ saçlım, göy göz dedin.
Ürəyi köz -köz dedin,
Mənsizliyə döz dedin -
Bacarmıram, sevgilim.

Ay qəlbi dəniz dedin,
Yığvalı kəniz dedin,
Yarat, qalsın iz dedin -
Bacarmıram, sevgilim.

Yolun sal Qaxa dedin,
Lazımsan xalxa dedin,
Özünə bax ha dedin,
Bacarmıram, sevgilim.

Yaxınlaşır il dedin,
Bu gerçəyi bil dedin,
Ağlama dil - dil dedin,
Bacarmıram,sevgilim .

10.04.2015

Hiç yorum yok:

Yorum Gönder