Dionis
kimi...
Giya
Paçxataşvilinin “Sükutun rəngləri” şeirlər kitabı işıq üzü görəndə , onun
haqqında yazdığım məqaləni “Yerdə yaşayan poeziya allahı” adlandırdım. Buna
görə arxamca danışanlar, irad bildirənlər oldu ki, bəs dostuma münasibətimi
ifadə etmək üçün çox yuxarı qiymət seçmişəm. Amma onlar bilmirdilər ki, əslində
mən Givini tərifləməkdən daha çox, təvazökarlığa çağırmışam. Çünki o yazmışdı:
“...Yerdə
yaşayan Allaham,
Odur ki,
görmürlər məni...”
Mən isə
Givinin “allahlığını” poeziya ilə məhdudlaşdırmağa çalışmışam.
Əlbəttə, Givi
hər şeyə qadir Allah olsaydı (Əstəğfürullah!), Lamaranı ölməyə qoymazdı. Amma...
bu baş verdi! Və...dərdli Givi mənə qədim yunan mifologiyasında şərabçılığın himayədarı
sayılan allah Dionisi xatırladır. Çox içir Givi!.. Təəssüf!
Pünhan Şükür
Hiç yorum yok:
Yorum Gönder