1 Şubat 2015 Pazar

ÜRƏYİM

 Ürəyim – dostlara açılan masa,
Yanında Qiymətim, Osmanım vardır.
Orada İlhamla Pünhan olmasa,
Deməli, gor adlı ünvanım vardır.

Ürəyim – dostları isidən ocaq,
Orada Şamxalla Azər üşüməz.
Yaxşılıq istəyim var qucaq – qucaq,
Pisliyi daşımaq, vallahi, dəyməz.

Ürəyim – yarımçün kirəsiz oda,
Lamara orada yaşar əbədi.
Əgər mən varanmsa yaşayır O da,
Şeirimlə yapmışam sevgi Məbədi.

Ürəyim – Qax-Bakı ünvanlı bir yol.
Marşrutu bəlli – yalnız Allaha.
Əzrayıl çəkəcək ölümümə qol,
Hələ ki gedirəm üzü sabaha...

Ürəyim - dostlara açılan masa.
Onlarla yaşayıb, onlarla vurur.
Haçansa bu Yetim Gürcü olmasa,
Bilin ki, ruhları yeni eşq qurur...
Bu sevgi başında Lamara durur.


                                            28.12.2014.

Hiç yorum yok:

Yorum Gönder