Qaçqınlar, köşkünlər doğur bu dünya,
İmtiyaz işıqlı marağı əzir.
Yarağlar alınır, satılır həya,
Mərhəmət reklama bürünüb gəzir...
Əriyir ümmanda insan harayı,
Tabut da onlara qismət olmayır.
*
Tilsimə düşübdür planetin işi,
Əzrayıl bəyənməz belə gərdişi.
Mollalar, keşişlər pul qazanmaqda,
Yesirlər olubdur qul qazamatda...
İncil də, Quran da kəsərdən düşür.
Qaniçən kainat gora sürüşür.
21.09.2015
Hiç yorum yok:
Yorum Gönder