Ruhum
Lamaranın ruhuna qovuşanda,
Qayğılarım həyatdan sovuşanda,
Alova tapşırın bədənimi…
Və hamınız bilin –
Çox, çox sevirdim
Məni sevməyən Vətənimi.
Söyləyim hamıya –
O, yana-yana yaşadı,
Yaşaya-yaşaya yandı…
Və sonra
Lamara məzarı adında,
Acı dadında,
Bir dayanacaqda dayandı…
Mən gedəndə
Yandırılmış bədənimdən,
Ayrıldığım Vətənimdən
Qalmış külümü
Dəmir qutuya qoyub
Lamaranın böyründə basdırın…
Ölümün əliylə
Məni incidən dərdləri
Yarımın başdaşından
asdırın…
22.09.2015
Hiç yorum yok:
Yorum Gönder