Əyani olmasa da çoxdan tanıyırdım Giyanı. Onun
maraqlı zahiri, qiyafə tərzi məni çox maraqlandırırdı. Akif Səmədin
təqdimatında istedadına və yaradıcılıq qabiliyyətinə də bələd idim. Hər
adamı tərəfləməyən Akif, ondan söz düşəndə maraqlı insan, gözəl
tərcüməçi, mükəmməl dostluq qabiliyyəti olan insan olduğunu
vurğulayardı.
Günlərin birində tale bizi Gəncə şəhərində görüşdürdü. O
da məni qiyabi tanıyırmış, mətbuat səhifələrində yazı-pozularımı,
şeirlərimi oxuyubmuş. Gəncədə səfərdə olarkən mənimdə Gəncədə işlədiyimi
eşidib, görüşməyimiz üçün telefon əlaqəsi qurdu. Görüşdük. Bağrına
basıb min illik dostu kimi görüşdü mənimlə, özünə məxsus bariton səsi və
ahəngdar nitqiylə kef-əhval tutub məni çoxdan aradığını söylədi.
Qax
rayononda yaşadığını bilmirdim. Tanışlıqdan sonra dəfələrlə Qaxın
füsunkar mənzərələrindən söz açıb, gəlməyimi xahiş etmişdi. Çox
istəmişdim gedib həm Givinin qonağı olum, həm də heç zaman güzarım
düşməmiş o gözəl məkanı gözlərimlə görüm. Di gəl ki, bu işin-gücün,
günü-gündən çoxalan qayğıların qırsaqqızından qopa bilmirdim...
İndi
ağ atı yəhərləyib (Ağamalı Sadiq maşına at deyərdi və məni görmək
istəyəndə "Əmməd, atını min bir biz tərəflərə gəl"- deyərdi) Qax
rayonuna, tələsirəm.
Həyat yoldaşının vəfat etdiyini eşidib,
telefonla baş sağlığı vermişdim. Amma dəfnində iştirak edə bilməmişdim
və Gəncədə olduğumdan yararlanıb fürsəti əldən vermədim, 9-u gününə
(onların adəti ilə dəfnin 9-u günü də qeyd edilir.) getməyi
planlaşdırdım. Gəncəli dostum Ruslan və sevgilisi İlahə xanım da mənə
yol yoldaşı oldular. Sənətdən və sözdən xeyli aralı olan bu gənc
dostlarıma yolboyu Giyadan danışdım, onun zillət dolu həyatinin
məqamlarından etüdlər nəql etdim. Hər iki gənc maraq və heyrət içində
idilər.
- Giya elə anasının qoynunda olarkən yetim qalıbmış- deyərək
hekayətimi davam etdirdim.- O, özü həyatının acı anlarını xatırlayaraq
söyləmişdi ki, mən anamın bətnində olarkən atam avtomobil qəzası
keçirib, dünyasını dəyişir və anam ağır xəbərdən çox sarsılır. Görünür
bu sarsıntını mən anamdan çox keçirmişəm və elə anamın bətnindəykən
saçlarım qar kimi ağarmışdı. Anam məndən xəbərsiz öz ağrı və
istirablarıyla atama yas saxlamış, mənim bətnində olduğumu belə
unutmuşdu. Qəfil sancıdan məni xatırlayıb, mən dünyaya göz açanda iusə
məndən eymənib. Tanımayıb məni. Adətən analar öz doğduğu uşaqlarını yüz
uşağın içindən seçirlər. Amma saçları, qaşları və hətta kirpikləri belə
dümağ olan uşağını tanımadı, məndən imtina etdi anam...
Tükləri ürpəşən İlahə xanım": aman Allah"- deyib həyacanını gizlədə bilmədi.
-Hə,
mənim gənc dostlarım, balasından eymənən ana ondan imtina etmiş, körpə
40 gün doğum evində qalmışdı. Sonra isə ana, bu günahsız körpəni Gəncəyə
gətirib uşaq evinə təslim emiş və bir daha arxasınca gəlməmişdi.
Tamamilə unudub adını Giya qoyduğu oğlunu.
Giya elə bilirmiş ki,
göydən düşüb, nə atası olub, nə anası. Beləcə, yetimlər evində böyüyüb,
balalarına baş çəkməyə gələn ata-anaları gördükcə ürəyi qövr eyləyib,
"Görəsən mənim də atam-anam varmı?"- deyib, illərlə yol gözləyib. Altı
yaşı tamam olanda, inandırıcı olmasa da Qax payonu icra komitəsinə
məktub yazaraq anasını axtarıb.
-Bəs sonra?- dyərək söhbətin dalını gözləyən dostlarımın gözləri dolmuşdu.
-
Ata-anasını əlindən almış Uca Tanrı sən demə əvəzində Giyaya bolluca
fərasət istedad, ən başlıcası səbir, dözüm və dəyanət veribmiş.
Yadımdadı, bunları mənə özü söyləyirdi. Nə qədər təmkinli və soyuqanlı
idi bunları söyləyəndə. Anasını tapdıqdan sonra onu Bakıya, gözdən
əlillər təmayülünə göndərmişlər. Orta məktəbi həmin internetdə bitirən
Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi
H. Əliyebin sərancamı ilə seçilmiş qrupun daxilində Lomonosov adına
Moskva Dövlət Universitetinə təyinat alıb, təhsilini orada bitirir...
Maşınımız
Şəkiyə yaxınlaşanda, bahar xoş ətriylə açıq pəncərədən içəri dolub
köksümüzə yayılırdı. Uzaqdan başı qarlı qafqaz dağları görünürdü.
Dağların ağ zirvələri çox aydın idi. Tən ortadan uca dağları iki yerə
bolmüş ağ buldlar sanki ağır dağları çiyninə, yamyaşıl bahar donu geymiş
ətəkləri, ətəklərə səpələnmiş irili-xırdalı kəndləri, dərin dərələri
uzun düzənləri isə ağuşuna almışdı. Yolun sağında, solunda əkilmiş taxıl
zəmiləri gömgöy göyərmiş, yaşıllığın aralarına qan kimi çilənmiş
lalələr par-par yanıb halələnirdilər.
Bu da Qax rayonu. Doğrudan da
özünə məxsus özəlliyi və gözəlliyi ilə gözümüzü oxşayan Qax mənzərələri
hər birimizi valeh etmişdi. Şəhərin maraqlı görkəmi, səliqə səhmanı, həm
də füsnükar bahar mənzərələri ağlımızı çaşdırırdı. Qaxbaşı kəndində
yaşayır dostumuz Giya. Soraqlaşdıq və çox qısa zamanda Qaxbaşıya çatdıq.
Giya bizi yolun kənarında gözləyirdi. Meşlərlə bürünmüş uca dağların
ətəyindəki evlərə baxıb köks ötürürərək, "buralarda yaşayanın nə xoş
halına, əsil cənnətdir ki buralar" fikriylə gedirdik ki, Giyanı yol
kənarında görüb maşını saxladıq. Sən demə elə Giya bizim həsəd
apardığımız o evlərin birində yaşayırmış.
Şəkidən bir qrup dostlar da
gəlmişdi. Tanış olduq. Şəki Dram Teatrının aktyorları, Respublikanın
əməkdar artistləri Əbülfət Salamov, İqrar Əliyev və Qaxbaşı kənd sovet
sədrinin müavini Fərhad Hüseynov, diksiyasına, danışıq mədəniyyətinə,
əxlaqi səviyysinə heyran olduğum kənd müəllimi Aydın Məhərrəmov, Qiyanın
dərdinə şərik olmaq üçün onun ətrafında idilər. Sən demə onların hamısı
məni qiyabi tanıyırmış, bu səbəbdən köhnə dostlar kimi görüşdük.
Görünür
İncəli olmağımdandı, burnum "samaqon" arağının iyini aldı. Ani olaraq
fikirləşdim ki, yəqin səhv edirəm, yas yeri hara, araq hara. Sən demə
yanılmamışam, Giya ayağa qalxıb hamımıza xoşgəldin etdi və adətlərini
anladıb dedi ki, üç badəni ayaq üstə toqquşdurmadan vurmalıyıq. Birinci
badəni Lamara xanının ruhunun sağlığına qeyd edək. O, mənim sevimlim,
məni duyanım, məni yaşadanım idi. Əslində o ölümü ilə ağrılardan canını
qurtardı. Mən isə yaşayıram ki, onun yarımçıq qalan ömrünü yaşadım.
Beləliklə birinci badələr içildi və ikinci badədə Giya lamarasına həsr
etdiyi şeiri oxudu:
Ağ günümün hədiyyəsi,
Sınıq könlümün şüşəsi,
Evin ilk isti nəfəsi
Olubdu xanım Lamara.
Sevgi ümid sarmaşığı,
Misralarımın işığı,
Qəmə çəpərdi, ha şığı,
Durubdu xanım Lamara.
Xəyanətdə qıvrılırdım,
Talehimlə tək qalırdım,
Ev-eşiyim yıxılırdı,
Qurubdu xanım Lamara.
Sonra
dostlardan rica etdim ki, Giya haqda hərə öz fikrini söyləsin. Şəkili
sənətçi dostları Əbülfət və İqrar müəllim, İTV-nin çəkdiyi "Fosvor adam"
filminin çəkliş məqamlarından, həmin filmin baş qəhrəmanı olan Fosfor
adamın- Giya Paçxataşvilinin insani və yaradıcılıq keyfiyyətindən söz
açdılar, onun zəngin xüsusuyyərlərini səciyyələndirəcək maraqlı
söhbətlər etdilər. Könül dostu, əslən Borçalıdan olan Fərhad müəllim bir
poeziya vurğunu kimi onun Borçalıyla bağlılığından, yazdığı şeirlərdən,
Aydın müəllim isə zəngin yaradıcılığının, tərcümələrinin orjinallığını
vurğulayıb digar sahələrdə əldə etdiyi uğurlardan danışdı, Azərbaycan
ədəbiyyatına verdiyi töhvələrə qayğılara görə təşəkkürünü bildirdi.
Şəkili
qonaqlar getdikdən sonra Fərhad müəllimlə Aydın müəllim bizi
yuxarılara- İlisu kəndinə qaldırdılar. Etiraf edim ki, özümü nağllar
alamində hiss edirdim. Rəssam gözlərim 4 olmuşdu. Heç bilmirdim hara
baxım. Gözünü hara çevirirdin, bir əsrarəngiz mənzərə canlanırdı. Bu
mənzərədən gözünü çəkməmiş bir başqa mənzərə açılırdı göz önündə. Uca
dağ döşünə ilişib qalmış topa buludlar, quş sədalarına qoşulub dağ ətəyi
ilə yellənib axan cıyının səsi, sağdakı yuksəkliyin zirvəsindəki Şeyx
Şamil qalası, Qədimliyini qoruyub saxlayan İlisu kəndinin daş döşənmiş
enişli-yoxuşlu burma yolları, kirəmid damlı evləri, daş hasarları
bir-birinin ardınca adamın gözlərini oğurlayırdı. Bəldçimiz olan Fərhad
Məllim isə kəndin özəlliklərindən, qədim abidələrin tarixindən söhbətlər
açırdı.
Allah Lamara xanıma Rəhmət eləsin. Kim bilir yolumuz düşəcəkdimi Qax rayonunun bu füsnükar gözəlliklərinə.
Gənc dostlarımla geri dönəndə artığ gün əyilmişdi. Qaxdan çıxanda hər şey bir andaca adiləşdi sanki.
Təbiətin
və təbiət qədər maraqlı insanların cezv dairəsinə düşmüş gənc dostlarım
sanki yuxudan ayılmışdılar. İlahə xanım heyrətini gizlətmədən nağıılar
alimnə düşdüyünü deyib soruşdu:
-Məmməd müəllim, tanış olduğumuz
insanlar da gözümüz doymayan təbiət mənzərələri qədər zəngin idilər. Mən
bu səfəri yaddaşıma yazdım. Amma içimdə bir kədər hissi oyandı. Giya
Lamarasız necə yaşayacaq?
- Həə, bu kədər çoxlarını düşündürür. Amma
Giya çox təmkinli və müdrik insandır. Onda ruhdan düşmək, pessimizə
qapılmaq, ümiddən əl çəkmək, ümidsizləşmək əlamətləri yoxdur. Çün ki,
özü demiş," Dostlar var olsun." Onun özü kimi ləyaqətli, etibarlı
dostları şoxdur və bu dostlar ordusu həmişə onun arxasındadır. Ona görə o
çox güclüdü, yenilməzdi. Nə gizlədim, mən hərdən ümidzizliyə qapılanda
Giyanın əqidəsindən təsəlli tapıram...
P.S. Giya Paçxataşvilli
1961-ci ildə, yanvar ayının 29-da, Çexovun anadan olduğu, Puşkinin
dueldə öldüyü gündə anadan olub. 21 tərcümə, 5 müəllif kitabının
müəllifidi. 2000-ci ildə Prezidentin fərmanı ilə Az.TV tərəfindən
Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi
çəkilmişdir. Ədəbi Birliklərin "Zərdabi", "Ümid işığı" ödüllərini və
Səməd Vurğunun "Qolos" adlı kitabının tərceməsinə görə 2006-cı ildə
"Səməd Vurğun medalı" ilə təltif olunmuşdur.
28 Temmuz 2014 Pazartesi
"Son-əvvələ gedən yol"a yazılan sevgi sətirləri
Ölümün də iki üzü olur, həyat kimi. Ağ-qara. Hər itkidə bu dünyanın fani olduğunu anlayan insan qara geyinsə də, sabahkı ağ günə də ümidini itirmir. Ağ gün görmək arzusuyla yaşayan insanın bir gün elə ağ qiyafədə də başqa işıqlı dünyaya getmək üçün qara torpağa qovuşması həqiqətini hamı bilir. Lakin heç kim qəbul edə bilmir. Həyat necə gözlənilməz sürprizlər, ədalətsizliklər, sevinclər, kədərlərlə doludursa, ölüm də gəlişi ilə kiminə haq, kiminə nahaq sonluq bəxş edir. Kiminə “qəfil”, kiminə “amansız”, kiminə “vaxtsız”, kiminə də, el deyimi ilə desək, “gözəl” qiyafədə gəlir. Gözəl ölüm ifadəsinə hərə bir cürə yanaşsa da, hər halda bəzi ölümlərə digərləri ilə müqayisədə belə demək olar. Ölümə üz tutan şairlərin hərəsi bir cür “tənqid” edib əcəli. Onun qələmindən isə ölümə səslənişlər bir başqa cür ifadə olunur...
Ömür-gün yoldaşı Lamaranın amansız ölümünü son hesab edərək əcəlin kandarında dayanan, bununla da ömrünün acılı-şirinli xatirələrinin başlanğıcına qayıdan istedadlı yazar, tərcüməçi, publisist Giya Paçxataşvili (Givi) yeni kitabını “Son--əvvələ gedən yol”u məhz xanımının unudulmaz ruhuna ithaf edib. Kitabı vərəqləyər-vərəqləməz burada toplanan şeirlər ədəbi nümunələrdən çox bir yazıçının yaşantılarını necə ürək yanğısıyla misralara çevirməsi gözlərim önündə canlandı... Burada sevgi, həsrət, ölümə yalvarışlar, bəzən də həyata üsyan duyulur. Vərəqi isladan göz yaşı məni qəfil xəyallardan ayırdı, artıq kitabın sonuncu vərəqinə çatmışdım və amansız xəstəlik—dünyanı ağuşuna alan XXI əsrin bəlası lənətə gəlmiş xərçəngdən dünyasını dəyişən bir xanıma ithaf edilən şeirlər əslində həm də ayrılıq, vida nəğməsi kimi səslənir. Bir də şairin vəfalısına vəfa borcu....
Onun imzasını mətbuatdan izləyirdim. Azərbaycan ədəbiyyatının neçə-neçə dəyərli nümunəsini gürcü vərus dillərinə çevirən mahir tərcüməçi, öz könül dünyası olan publisist, şair kimi tanıyırdım. Onu bir çox tədbirlərdə görsəm də, ilk dəfə məhz iş yerimizdə—“Xalq qəzeti”nin redaksiyasında görüb daha yaxından tanıdım. Bu dəfə onun sadəliyini, təvazökarlığını, həyatın çətinliklərinə baxmadan, taleyinə yazılanlardan asılı olmayaraq, mübarizə yollarında addımlayan xarakterini də kəşf etdim. Azərbaycan dilinin ən gözəl ifadələrindən poetik baxımdan mahircəsinə yararlanan gürcü şairin bu istedadına bir daha heyran oldum. Bəlkə də, bu şeirləri müəllifin adına baxmadan oxusaydım, əminliklə soruşardım ki, görəsən bu hansı azərbaycanlı şairindir?! Bəli, çünki bu cür misraları Azərbaycan dilini gözəl bilən, onun zənginliyini, şirinliyini ürəyi, ruhu ilə duyan bir insan qələmə ala bilər.
Sən qaytarılmış ömrə gülürsən...
Ölüm isə... Sənə.
Ölümə deyən yoxdu ki:
“Öldüyün yerdə ölsənə!!!”
Ölüm isə... Sənə.
Ölümə deyən yoxdu ki:
“Öldüyün yerdə ölsənə!!!”
Dərdinə heç cür təskinlik tapa bilməyən şairin yeganə həmdəmi sabaha olan ümid, ölümə təslim olmaq istəməyən sevdalısının yaşamaq eşqi, bir də onun dərdini az da olsa ovudan misralar olub. Axıcılığı və ritmikliyi ilə seçilən bayatılar isə xüsusilə diqqəti cəlb edir. Bu, həm də şairin istedadı ilə yanaşı, onun Azərbaycan şifahi xalq ədəbiyyatına dərindən bələd olması, onun incəliklərini mənimsəməsindən irəli gəlir. Bayatı ritmində və ovqatında yazılan şeirlər sanki daha doğma səslənir, ifadə edilən dərdi də eldən elə dolaşan xalq deyimi kimi dilə gətirir:
Yaralı sona bəslərəm,
Bəsləyib də əzizlərəm,
Yerdən ümid üzüləndə,
Köməyə göyü səslərəm.
Bəsləyib də əzizlərəm,
Yerdən ümid üzüləndə,
Köməyə göyü səslərəm.
Bayatımtək yaşayasan,
Çöhrəndə nur daşıyasan.
Tezliklə qalxıb ayağa,
Ürəyimi oxşayasan.
Çöhrəndə nur daşıyasan.
Tezliklə qalxıb ayağa,
Ürəyimi oxşayasan.
Giya Paçxataşvilinin ömür-gün yoldaşına yazdığı şeirlərinin bəzilərində isə ümidsizlik ana xətt kimi keçir. Ölümlə çarpışan bir insanın yaşantılarının poetik dillə ifadəsi insanı düşündürür.
Gülüşü sığmazdı göyə,
Qonaq çağırardı öyə.
Ömür xərclərdi özgəyə...
İndi onu azar didir,
Asta-asta geri gedir.
Qonaq çağırardı öyə.
Ömür xərclərdi özgəyə...
İndi onu azar didir,
Asta-asta geri gedir.
Həyat yoldaşını “misralarımın işığı” adlandıran şairin ölümə xitabən yalvarışları da maraq doğurur; “Qoy mən olum, qəzəbinə səbəbkar, Daş atma gəl qu yaşayan gölümə”. Bu misralarda həm də bir şairin sevgisi, ən son arzusu gizlənir. Həyatın təzadlı anlarını öz yaşantılarında duyan müəllif bunu uğurla şeirin təzad üzərində qurulan süjetinə çevirə bilir.
Sən dərmanla baş-başasan,
Mən dərdlərlə baş-başa.
Görən nə ilə bitəcəkdir,
“Qismət” adlı tamaşa?!
Mən dərdlərlə baş-başa.
Görən nə ilə bitəcəkdir,
“Qismət” adlı tamaşa?!
Müəllifin əslən gürcü olan xanımına məhz Azərbaycan dilində şeirlər yazması da maraqlı cəhətlərdəndir. Görünür, şairin qəlbini titrədən kövrək duyğuların bu dildə təcəssümü ilahi bir möcüzədir.
Azərbaycanın Qax rayonunda doğulan, Bakıda təhsil aldıqdan sonra indi də çox zaman orada yaşayan Giya Paçxataşvili bir çox kitab və tərcümələrin, şeir və publisistik məqalələrin müəllifidir. Azərbaycan ədəbi ictimaiyyətində həmişə fəallığı ilə seçilir. Paytaxtda keçirilən ədəbi məclislərdə, tədbirlərdə iştirak edən şair üçün ən vacibi hər zaman sözün çəkisinə dəyər verilməsi və dəyərli söz xəzinəsiylə ədəbiyyata xidmət etməkdir. Məncə, Giya Paçxataşvilinin yaradıcılığı Azərbaycan ədəbiyyatı üçün tapıntı olmaqla yanaşı, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrində körpü rolu oynaması baxımından da mühüm örnəkdir. Soy baxımından gürcü olan qəhrəmanım qanı, canı, ruhu ilə vətənsevər və Azərbaycanın təəssübünü çəkən azərbaycanlıdır. Bu, onun təkcə yaradıcılığında deyil, həm də bütövlükdə xarakterində, milli duyğu və düşüncələrində öz əksini tapıb.
Hamının sevərək “Givi” –deyə adlandırdığı şair səs-küydən uzaq, təbiətin qoynunda öz kiçik komasına sığınıb yaradıcılığı ilə məşğul olsa da, əslində onun şeirləri çox qələm adamının, oxucuların qəlbində yurd salıb. Yəqin ki, bundan sonra ilham pərisi “misralarının işığı”na hələ çox şeirlər həsr edəcək....
Ruh olub göylərə qalxan,
Yağışlı baxışlarla üstümə axan,
İçimdə yurd salıb mənsiz darıxan...
O-Sənsən.
Yağışlı baxışlarla üstümə axan,
İçimdə yurd salıb mənsiz darıxan...
O-Sənsən.
Əfsanə BAYRAMQIZI
“Xsovna iкos!”
22.04.2014.
Ağ və işıqlı könül dostum, ruh adamı Giya (Givi) Paçxataşivilinin ömür-gün yoldaşı
Lamara xanım uzun illər idi ki, sağalmaz xəstəliyə mübtəla olmuşdu. Giyanın ailəsində baş
verən bu hal onun bütün dostlarını içdən ağrıdırdı. Giya Qaxın Qaxingiloy kəndində qohuməqrəbasının
əhatəsində, Lamara xanımın qulluğunda durur, onu ovutmağa çalışırdı. Bəzən
Lamara xanımın yanından mənə zəng edib, «şükür, Lamaranın vəziyyəti günü-gündən daha
da yaxşılaşır, siz dostaların yolunu gözləyirik. Lamara sizi öz əlləri və ürəyi ilə hazırladığı
gürcü mətbəxinin ən ləzzətli təamlarına qonaq etmək istəyir» deyərkən həm bizim, həm də
Lamara xanımın əhvalını düzəltməyə çalışırdı.
Açığı, mən Giyaya çox inanırdım. İnanırdım ki, Giyanın Lamara xanıma olan sevgisi
bu bəd xəstəliyin öhdəsindən gələcək. Lakin neyləmək olar? Ölüm güclü çıxdı. Giyanın
telefonundan gələn budəfəki zəng bütün ümüdlərimi alt-üst etdi. Lamara xanımın bu fani
dünyadan canını qurtardığını dedi. Bir andaca bu qara xəbər sosial şəbəkəni bürüdü. Givinin
dostlarından Qiymət Məhərrəmli, Barat Vüsal, Mədəd Coşqun, İsmayıl İlməzli, Ədalət
İsmayılov, Rüstəm Kamal, Osman Əhmədoğlu, Zəlimxan Məmmlədli, Saqif Qaratorpaq,
Həsən Əzizov, Nizami Məmmədzadə, Səməd Qaraçöp, Kərəm Məmmədli, Fazil Həsənov,
Nəsir Əhmədli, Çiçək Məmmədova, Nəvai Metin, İbrahim İlyaslı, Akif Əhmədgil, Ramil
Cilovdarlı, Babək Məmmədli, Əkbər Xudulu, Şakir Rəhman, Ədalət Nicat, Ehtiram İlham,
Elbar Şirinov, Aşıq Şəhriyar, Gülnarə Rüstəmli, Rəşad Sahil və digərləri öz üzüntülərini dilə
gətirdilər. Xsovna iğos!
Yanğı ilə:
Həmid ORMANLI

27 Temmuz 2014 Pazar
GİVİ ÜRƏYİMDƏN DAŞ ASDI…
Ömrünü Azərbaycan jurnalistikasına, Azərbaycan ədəbiyyatına, bədii tərcümə
sənətinə həsr edən, azərbaycanlı olmasa da, azərbaycanlıdan fədakar və təəssübkeş,
vətənpərvər şair-jurnalist, tərcüməçi Giya Paçxataşviliyə
Givi ürəyimdən daş asdı. «Lamaranın vəziyyəti yaxşı deyil, xərçəngdir» dedi Givi…
Amma bu sözü elə sakit, elə təmkinlə dedi ki, söz mənə yaman təsir elədi. Elə metrodaca
onlarla insanın gözü qarşında ağladım, Lamara xanımın halına yox, yazıq, tənha Ağ Divin
halına… Lamaraya bir şey olsa, Ağ Div yetim qalacaq…
Givi Lamara xanımın çarəsiz dərdini mənə danışmaqla ürəyimdən böyük bir
dəyirman daşı asdı… Givi elə bir vəziyyətdədir ki, özü dərdin əlindən canını qoymağa yer
axtarır… Givini Lamarasının dərdi yaman əzir. Givinin gözlərinin içində yaş parıldayırdı,
ancaq o yaş donmuşdu onun gözlərində. O yaşın göz giləsində şəkili qalıb, yəqin o şəkil
həmişəlik Ağ Divin bəbəklərində qalacaq. Ağ Divin arxa-dayağı, ürəyinin təpəri, dizinin
taqəti, sözünün şəhdi-şirəsidir Lamara xanım… İllərdir Ağ Divin nazı ilə oynayıb. Ağ Divin
heç evi də yoxdur, bu cəfakeş, sədaqətli gürcü qızı öz məhəbbətinin əsiri olduğu üçün Ağ
Divin nimdaş kirayə mənzillərində onunla bir ömrü paylaşmağa razı olub.
Çarəsiz gürcü qızı, mübtəla olduğun dərdə dərman ola bilmir yetim gürcü – Ağ Div –
Givi. Givini həyata sən bağlayırsan qara gözlü Lamara… Givi Lamarasız yetim qalacaq,
mən kişilərin, məhəbbət yolçularının, ruh adamlarının yetim qalmasını istəmirəm heç. Onlar
yetim qalanda ürəkləri hər gün ağlayır… Lamaranın yastığının dibini kəsdirib, yanından bir
addım kənara çəkilmir Givi. Deyir ki, istəyirəm Lamaranın yanında olam həmişə. Lamara
yaman dərdə tuş gəlib. Givi, sən onu çətin o dərdin caynağından qopara biləsən… Çətin ki,
qəlbinin rübabını dilləndirən gürcü gözəlinin sağlamlığını özünə qaytara biləsən… Yesir
olub Givi Lamarası üçün. Təzə-tər, nübar sevgisinin başına dolanır Givi… Gəncliyinin
sevdasını, ürəyinin sahibini itirmək sınağı qarşısındadır Ağ Div… Givi deyir ki, Lamarasız
yaşamağı heç ağlına belə gətirə bilmir… Givi bu şəhərdə – Bakıda xoşbəxt olmadı,
qaragözlü sevgilisini də xoşbəxt edə bilmədi Givi. Kaş möcüzə baş verəydi – Givinin
Lamarası yenidən dirçələydi, yenidən qızılgül kimi ətir saçaydı, yenidən Givini özünə bənd
edəydi, Tanrım… Sənin möcüzələrin çoxdur, ya Ulu Yaradan. Naçar Giviyə imdad elə,
kərəm elə. Givi bu dərdi çəkməyə hazır deyil… Givi deyir ki:
Çəkənə ver,
Qəlyanı çəkənə ver.
Mən dərdi çəkəmmirəm,
Məndən al, çəkənə ver…
4
Givinin Lamarasının dərdi ürəyimə od basdı, dağ çəkdi… İnanın ki, Givinin
dilindən bu xəbəri eşidəndən indiyə kimi özümə gələ bilmirəm. Givi Lamaraya bir ağ gün
yaşatmadı axı… Birgə həyatlarını kirayələrdə, köçhaköçdə, qovhaqovda, qaçhaqaçda
keçirdilər. Bir-birilərini incitmədilər, bir-birilərindən incimədilər ancaq… Amma sonda
Lamara Givini yaman incitdi, öz dərmansız dərdilə… Givi, Lamara xanımın çarəsiz dərdini
mənə deməklə ürəyimdən nəhəng bir daş asdı…
Givi onu da dedi ki, dostlarımın içində ən çox qadın həmdəmlərimdən razıdır.
Qiymət xanım Məhərrəmlidən isə yerdən-göyə qədər razılıq elədi… Dedi ki, Qiymət xanım
Givinin ağır günlərində ona və xanımına baş çəkmək üçün Qaxa gedibdir… Givi bu dəstəyi
çox yüksək qiymətləndirir. Qədir-qiyməti hər şeydən baha olan, dəyərli ziyalımız, şairimiz,
jurnalistimiz, alimimiz Qiymət xanım Məhərrəmlinin Qaxa gedib Giviyə baş çəkməyi
ürəyimi dağa döndərdi. Var olsun, hər zaman dostların ümid yeri olsun Qiymət xanımı!
Givinin, Ağ Divin, Yetim gürcünün dərdi böyükdür… Lamaraya bir şey olsa, Givi yetim
qalacaq… Aşiqlərin yetimliyi çəkilməz dərddir… Qara sevdalı Givi, qara sevdalı Ağ Div,
bəxti qara Yetim gürcü… Dərdini kimə deyim, yerəmi-göyəmi, dağamı-daşamı, bəndəyəmi,
Tanrıyamı, sözəmi, sazamı? Kimə desəm ağlayar, kimə desən sızlayar, kimə desəm yas
tutar…
Dağıstana,
Yol gedər Dağıstana
Könüldən bir ah çəkim,
Yaşımdan dağ istana.
Köhnə bayatıdır… Ağlıma gəldi yazdım ki, bəlkə Giviyə təsəlli oldu… Təsəlli…
P.S. Bu yazını Givinin Lamarası ağır xəstəliklə çarpışanda yazmışam. Açığı, heç çap
etdirmək fikrim də yox idi. «Facebook»dan aldığım sarsıdıcı xəbər bu yazının işıq üzü
görməsinə səbəb oldu. Givi yetim qaldı, qaragözlü Lamarası ölümə təslim oldu. Əcəl
Givinin də həyatından sevdiyi bəndəni apardı…
Xristianların müqəddəs Pasxa günü də Allahın sevimli bəndəsi Lamara xanım Tanrı
dərgahına qovuşdu. Əminəm ki, qəlbi məhəbbətlə dolu, ruhən və mənən Giviyə məxsus olan
Lamara indi cənnət mələkləri arasındadı. Qara sevdalı Giviyə isə əbədi olaraq həyatının və
ürəyinin qadınını yaşatmaq, sevgi ilə yaşatmaq qalır. Səbr arzulayıram dostuma.
Giviyəm, nurlu sabaham,
Lamaraya qibləgaham…
İndi Givinin qibləgahı Lamaranın məzarıdır!
İradə KÖVRƏK

Kaydol:
Kayıtlar (Atom)