28 Temmuz 2014 Pazartesi

“Xsovna iкos!”

22.04.2014.
   Ağ və işıqlı könül dostum, ruh adamı Giya (Givi) Paçxataşivilinin ömür-gün yoldaşı
Lamara xanım uzun illər idi ki, sağalmaz xəstəliyə mübtəla olmuşdu. Giyanın ailəsində baş
verən bu hal onun bütün dostlarını içdən ağrıdırdı. Giya Qaxın Qaxingiloy kəndində qohuməqrəbasının
əhatəsində, Lamara xanımın qulluğunda durur, onu ovutmağa çalışırdı. Bəzən
Lamara xanımın yanından mənə zəng edib, «şükür, Lamaranın vəziyyəti günü-gündən daha
da yaxşılaşır, siz dostaların yolunu gözləyirik. Lamara sizi öz əlləri və ürəyi ilə hazırladığı
gürcü mətbəxinin ən ləzzətli təamlarına qonaq etmək istəyir» deyərkən həm bizim, həm də
Lamara xanımın əhvalını düzəltməyə çalışırdı.
   Açığı, mən Giyaya çox inanırdım. İnanırdım ki, Giyanın Lamara xanıma olan sevgisi
bu bəd xəstəliyin öhdəsindən gələcək. Lakin neyləmək olar? Ölüm güclü çıxdı. Giyanın
telefonundan gələn budəfəki zəng bütün ümüdlərimi alt-üst etdi. Lamara xanımın bu fani
dünyadan canını qurtardığını dedi. Bir andaca bu qara xəbər sosial şəbəkəni bürüdü. Givinin
dostlarından Qiymət Məhərrəmli, Barat Vüsal, Mədəd Coşqun, İsmayıl İlməzli, Ədalət
İsmayılov, Rüstəm Kamal, Osman Əhmədoğlu, Zəlimxan Məmmlədli, Saqif Qaratorpaq,
Həsən Əzizov, Nizami Məmmədzadə, Səməd Qaraçöp, Kərəm Məmmədli, Fazil Həsənov,
Nəsir Əhmədli, Çiçək Məmmədova, Nəvai Metin, İbrahim İlyaslı, Akif Əhmədgil, Ramil
Cilovdarlı, Babək Məmmədli, Əkbər Xudulu, Şakir Rəhman, Ədalət Nicat, Ehtiram İlham,
Elbar Şirinov, Aşıq Şəhriyar, Gülnarə Rüstəmli, Rəşad Sahil və digərləri öz üzüntülərini dilə
gətirdilər. Xsovna iğos!

                                                                                  Yanğı ilə:
                                                                                                  Həmid ORMANLI     

Hiç yorum yok:

Yorum Gönder