27 Eylül 2014 Cumartesi

Lamara məhəbbəti





(Şair Giya Paçxataşvilinin “Sükutun rəngləri” kitabını oxuyandan sonra)




Oturub baş əyirəm bu sevginin önündə,
Hər sətirin axırı, hər sətirin önündə.
Bircə kəlmə səslənir qəlbinin hərarəti,
Vallah səni yaşadır Lamara məhəbbəti.


Bundan böyük səadət, bundan böyük varmı var?
Tanrıdan qismət payı, saçların ağappaq qar.
Çox görməsin qoy Tanrı sənə bu səadəti,
Yaşatsın səni hər vaxt Lamara məhəbbəti.


Sıxmasın heç qəlbini nə pul-para, nə maşın,
Sənin Lamara kimi vardır könül sirdaşın.
Qoru, əzizlə onu Azərbaycan adəti,
Yaşatsın səni hər vaxt Lamara məhəbbəti

                                                                      Əlövsət Tahirli

Hiç yorum yok:

Yorum Gönder