Giya
Paçxataşvili
Yetimlik -
keçilməz bir qala,
Üstünə dərdlərim
daraşır,
qalaq-qalaq…
Eləcə
yaşayıram -
Lamaranın
ağrılarını qoparan,
Onu cənnətə
aparan
Ölümün
könlünü ala-ala…
22.05.2014
Lamaranın
Lamarasız doğum gününə…
İçi qara
qara adamlar,
Qara
bayramını qara elədilər.
Onlar beləcə
üstümə
İddialı
nifrətini ələdilər…
Sənli həyatımı
Göy əskiyə
bələdilər.
Neynək…
onlar belədirlər…
Kilsədə
adına şamla birgə
Ürəyimi
yandırdım…
Allaha
allahsızlığını
qandırdım.
…Rəhmli
olsaydı əgər
Lamaraya qıym
azdı.
Torpağın
altında,
Torpağın
yeddinci qatında
Onu
Giyasız qoymazdı…
28.08.2014
Hiç yorum yok:
Yorum Gönder