Vəliş Zirvəli
Qara günlərin
şahidi ağ saçlı Giya
Yaxşı
yadımdadır, «Elimiz. Günümüz» qəzetində Qiymət Məhərrəmlinin Giya Paçxataşvili
ilə müsahibəsini oxumuşdum. Giya o Giyadır ki, dünyanın min bir məhrumiyyətlərini
görüb, min bir ağrısını yaşayıb. Qayğıdan, nəvazişdən, sevgidən, kökdən, bünövrədən
uzaq Giya.
O müsahibəni
oxuyandan sonra qəlbimdə Giya Paçxataşvilini görmək arzusu artdı. Məhəmməd
Köçkünlə bir gün Giyanın qonağı olduq. Görüşdük qara günlərin şahidi ağ saçlı
Giya ilə.
İlk görüşdən
insana daha yaxın, daha doğma olan, həlim xasiyyətli, mehriban ünsiyyətli bir
insanın söhbətlərindən doymaq olmurdu. Sözarası yeganə sirdaşı, həyat yoldaşı
Lamara xanımın Tiflisdə ağır əməliyyatından danışdı. Biz də öz növbəmizdə
Lamara xanıma Allahdan şəfa dilədik. Dünyanın bir çox əzab-əziyyətlərindən
keçmiş bir insanın bu qədər saf, səmimi olduğuna inana bilmirdim.
Xeyli söhbət
etdik. Söhbət əsnasında yaralı yerimiz olan Qarabağı qarış-qarış gəzdiyini,
şair Ağa Laçınlı və yazıçı Aqil Abbasla Laçına getdiyini dedi. Saf qəlbli,
doğma ünsiyyətli bu insanın söhbəti o qədər şirin oldu ki, vaxtın necə
keçdiyini bilmədik.
Ayrıldıq.
Sənə uzun ömür, cansağlığı, Lamara xanıma isə Ulu Yaradandan şəfa diləyirik, əzizim
Giya!
ADAMI
Giya
Paçxataşvili
Heç bilmədin
ağ gün nədi,
Ey
dünyanın ağ adamı.
Dərdə nə
var girsə cana,
Əridər lap
dağ adamı.
Hanı xoş
günlərin, hanı?
Barmaqla sayılar sanı.
Dərd gəlsə qurudar canı,
Xəstə salar sağ adamı.
Qəmdən bağrın dəlik-dəlik,
Azalmır, artır üstəlik.
Hardan tapdı bu xəstəlik
Dərdinə ortaq adamı?
Dərd var qovsan iki əlli,
Gələr, işi olmaz bəlli.
Verən olsa bir təsəlli,
Saxlayar toxdaq adamı.
Dərd var artıq gilə-gilə,
Həlli dönür bir müşkülə.
Dərd var gəlir gülə-gülə,
Gözləyir sınaq adamı.
Yaxşıları yamandan seç,
Hər sınaqdan üzüağ keç.
Əyilmədin, əyilmə heç,
Döz dövrün
qoçaq adamı.
P.S. Yazı
çapa gedərkən bir acı xəbər döydü qapımızı. Eşitdik ki, Giyanın ömür-gün
yoldaşı, sirdaşı Lamara xanım dünyasını dəyişib. Allah rəhmət eləsin, qəbri
nurla dolsun! Ulu Yaradan onsuz da səbirli olan Giyaya bir daha səbir versin!
Hiç yorum yok:
Yorum Gönder