30 Aralık 2014 Salı

GƏZİRƏM (şeir)

Gəzirəm

Alim-publisist İlhamə Qəsəbova "Son-əvvələ gedən yol" adlı kitabçama "Qadınsız kişi-məzarsız ölü" başlıqlı yazısını dərc etdirmişdir...

Mən bir məzarsız ölüyəm,
Olmaqçün məzar gəzirəm.
Yarı qəlbimə köçürəm,
Həyatdan bezar gəzirəm.

Zülmətdədir evim Qaxda,
Yandırılmayıb çırağ da.
Lamaranın yurdu haxda,
Mən isə azar gəzirəm.

Apreldən qış içindəyəm,
Bir ağ kəfən biçindəyəm.
Gah mələkdə,gah cindəyəm,
Cənnətdən gülzar gəzirəm.

Yeni il gümanındayam,
Dərdlərin ümmanındayam.
Ürək də deməyir:"Dayan..."
Boldu ahu-zar, gəzirəm.

Givi der: məzarsız qaldım,
Yaşayıb da arsız qaldım.
Nə müddətdir yarsız qaldım,
Gorumda simsar gəzirəm.

30.12.2014.

Hiç yorum yok:

Yorum Gönder